Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

"Peşəkar Mühasib və Vergi Mütəxəssisi Hazırlama" təlimi!

Yenidən Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə Peşəkar Mühasib və Vergi Mütəxəssisi Hazırlama təliminə start veririk! 25 May tarixində başlanacaq təlimin Mühasibatlıq hissəsini 40 saat, Vergi hissəsini isə 10 saatlıq proqram əhatə edəcəkdir. 
Mühasibatlıq üzrə təlimçi: Aydan Osmanlı
Vergi üzrə təlimçi: İlkin Dövlətov

10 saatlıq Vergi proqramı
1.Vergi məcəlləsinin ümumi hissəsinin izah edilməsi
2.Vergi məcəlləsinin xüsusi hissəsinin izah edilməsi 
3.Vergilər Nazirliyinin digər normativ aktları barədə izahların verilməsi 
4. Praktiki olaraq, vergi orqanı ilə kargüzarlığın aparılmasının göstərilməsi
5.Praktiki olaraq, bəyannamələrin hazırlanması və göndərilməsi barədə məlumatların verilməsi

40 saatlıq Mühasibatlıq proqramı

1. Mühasibat uçotu haqqında məlumat, MHBS-ın prinsipləri, keyfiyyət göstəriciləri.Kommersiya müəssisələri;
2. Maliyyə bərabərliyi və onun elementləri. Hesablar Planına uyğun ikili qeydiyyat 
3. Mal, iş və xidmətin dəyərinin qabaqcadan ödənilməsi, verilmiş və alınmış avanslar. 
4. Mal-material ehtiyatlarının uçotu. Mümkün xalis satış dəyəri. Fifo və Avco
5. Uzunmüddətli aktivlərin və QMA-nın tanınması, qeydiyyatı, satışı , silinməsi və uçotu. Uzunmüddətli aktivlərin amortizasiyayı və təmir normaları;
6. Lizinq (icarə) əməliyyatlarının uçotu (əməliyyat və maliyyə lizinqi, onların mahiyyəti və izahı) ;
7. Valyuta məzənnələrinin uçotu və hesabatda əks etdirilməsi.
8. Əmək haqqı nədir(Əmək məcəlləsinə uyğun izahı), Əmək haqqı, məzuniyyət (əmək, sosial, təhsil ) , xəstəlik vərəqəsinin hesablanması qaydası
9. Sadələşdirilmiş vergi (praktiki nümunələrlə izahı və müxabirləşmələr). Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi
10. Əlavə dəyər vergisi və ƏDV-nin əvəzləşdirilməsi (praktik nümunələrlə izahı və müxabirləşmələr). ƏDV bəyannaməsinin hazırlanılması və təqdim edilməsi
12. Dövrün sonunda köməkçi hesabların bağlanması. Dövriyyə - qalıq cədvəlinin hazırlanması. Mənfəət bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
13. Maliyyə Hesabatlarının hazırlanması (real praktik məsələ üzərində)

Təlimin ödəniş məbləği: 450 AZN 
Qeydiyyat üçün link
http://btlm.az/Registration/
(Qeydiyyatdan keçən zaman kurs / seminar / təlim bölməsinə- "Peşəkar Mühasib və Vergi Mütəxəssisi Hazırlama" yazmağınız xahiş olunur)

Daha ətraflı məlumat üçün isə bizimlə əlaqə saxlaya bilərsiniz
 050 721 15 81
 012 564 13 64
 info@btlm.az
 Aşıq Molla Cümə küç.138, Nərimanov rayonu

;