Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Vergilər Nazirliyi Tədris Mərkəzi və Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə təşkilatçılığı ilə təlim!

 
Vergilər Nazirliyi Tədris Mərkəzi və Beynəlxalq Təlim və Layihə Mərkəzinin birgə təşkilatçılığı ilə!
 
Mühasibatlıq və vergi sahələrində aktual mövzular üzrə təlim!
 
Sadəcə 20 nəfərin iştirak edə biləcəyi mükəmməl təlim proqramı!
 
Yerlər məhduddur!
 
Həm istirahət edəcək, həm də öyrənəcəksiniz!
 
Tarix: 23-24.06.2018
 
Məkan: Vergilər Nazirliyinin Tədris Mərkəzi (Şamaxı rayonu)
https://www.youtube.com/watch?v=WFZXGTWulso
 
Sertifikat: Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş sertifikat!
 
Ödəniş: 250 AZN (bir nəfər üçün)
 
Ödənişə daxildir:
- 6 saat mühasibatlıq təlimi
- Vergilər Nazirliyi tərəfindən təsdiqlənmiş sertifikat
- Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 2 saatlıq vergi təlimi
- 4 dəfə yemək və 4 dəfə çay fasiləsi
- 5 ulduzlu oteldə gecələmə
- Oteldə hovuz və SPA-dan istifadə etmək
- Nəqliyyat vasitəsi
- Şamaxı Astrofizika Rəsədxanası ziyarəti
 
Proqram: 23-24.06.2018
 
23.06.2018
 
9:00- Bakıdan çıxış
11:00- Tədris Mərkəzinə çatmaq
12:00-14:00- İstirahət, çay və yemək fasiləsi
14:00-15:30- Mühasibatlıq I mövzu
15:30-15:45- Çay fasiləsi
15:45-17:00- Mühasibatlıq I mövzu
19:00-20:30- Axşam yeməyi və istirahət
20:30- Rəsədxana ziyarəti
 
 
24.06.2018
 
09:00-10:00- Səhər yeməyi
10:00-11:30- Mühasibatlıq II mövzu
11:30-11:45- Çay fasiləsi
11:45-13:00- Mühasibatlıq II mövzu
13:00-14:00- Yemək fasiləsi
14:00-16:00- Vergi təlimi
17:00- Bakıya doğru yola çıxmaq
19:00-Bakıya çatmaq
 
Mühasibatlıq üzrə mövzu başlıqları:
 

I Mövzu- Əsas vəsaitlər və İnvestisiya mülkiyyəti arasındakı fərqlər və onların mühasibat uçotunda əks etdirilməsi əməliyyatları.

-Əsas vəsaitlər və İnvestisiya mülkiyyətinin mahiyyəti

-Əsas vəsaitlərin ilkin dəyər və yenidənqiymətləndirmə metodu ilə uçotu

-Əsas vəsaitlərin amortizasiyası edilməsi üsulları

-Əsaslı və cari təmir xərclərin mühasibat və vergi uçotunda əks etdirilməsi.

- İnvestisiya mülkiyyətinin ilkin dəyər və ədalətli dəyər metodu ilə uçotda əks etdirilməsi

-Əsas vəsaitlərin investisiya mülkiyyətinə və ya əksinə keçirilməsinin uçotu.

-Əsas vəsaitlərin və investisya mülkiyyətinin balansdan silinməsinin uçotu.

 

II Mövzu- Yeni qəbul edilmiş IFRS 16 “İcarə” standartı və onun mühasibat uçotunda əks etdirilməsi əməliyyatları.

- Yeni standartın tələbinə əsasən icarə əməliyytalarının mahiyyəti

- Yeni standartın tələbinə əsasən icarənin icarəçidə uçotunun xüsusiyyətləri

- Aktivdən istifadə hüququ və icarə öhdəliyinin müəyyənləşdirilməsi yolları.

- Yeni standartın tələbinə əsasən icarəyə verəndə icarənin uçotunun xüsusiyyətləri.

- Maliyyə və əməliyyat icarəsinin müəyyən edilməsi və mühasibat uçotunda əks etdirilməsi

- İcarə əməliyyatlarının yeni milli hesablar planına uyğun  müxabirləşmələrin verilməsi.

 

Vergi üzrə mövzu:

Mühasibatlıq sahəsində göstərilmiş, mövzulara Vergilər Nazirliyinin yanaşması

(Əlavə olaraq,  “Peşəkar Mühasib”  sertifikatı standartları haqqında müzakirə aparılacaqdır)

 

Təlimçilər: Elvin Abdullayev və Vergilər Nazirliyinin Tədris Mərkəzinin “ Vergi metodologiyası” kafedrasının əməkdaşları

 

Elvin Abdullayev

Təhsili :
1998 - 2002 Azərbaycan Dövlət İqtisad Universiteti (Mühasibat uçotu və audit) - bakalvr. 
2007 – 2009 Azərbaycan Dövlət İqtisad Universiteti (Maliyyə MBA) - magistr
2013 Azərbaycan Dövlət İqtisad Universiteti (Mühasibat uçotu və audit) – dokturantura

Kurslar : 
- ACCA DipIFR (English) (The ACCA Diploma in İnternational Financial Reporting)
- IAB (LEVEL 3 DIPLOMAS in ACCOUNTING and ADVANCED BOOK- KEEPING) 
- SAP training (İstanbul)
- ACCA F1-F2-F3-F4
- İstanbul İşletme Enstitüsü - Finansal Yönetim 
- İstanbul İşletme Enstitüsü - Genel mühasebe 
- Training of trainers - İsveç

İş təcrübəsi :
01.08.2001 - “Azərzərgər” Sənaye İstehsalat birliyi (muhasib) 
01.05.2004 - “Aksesuar İnşaat” firması (aparıcı mühasib)
14.10.2004 - “Azəralüminium” ASC (aparıcı mühasib) 14.02.2006 - bu günə kimi “Azercell Telekom” MMC (aparıcı mühasib)

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz (qeydiyyatdan keçən zaman “kurs, təlim, seminar” bölməsinə “Mühasibatlıq təlimi-Şamaxı” yazmağınız xahiş olunur:
http://btlm.az/Registration/
 
Ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
 
Əlaqə vasitələrimiz:
Telefon: 050 721 15 81
            012 564 13 64
E-mail: info@btlm.az
Ünvan: Aşıq Molla Cümə küç.138, N.Nərimanov
#BTLM#Vergilər_Nazirliyi#təlim#mühasibatlıq#vergi#taxes
 
 
 
 
;