Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

“Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi!

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 2018-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsini həyata keçirir. Layihənin gənclərlə əlaqədar kompenenti üzrə Azərbaycan Respublikası Gənclər Fondu ilə əməkdaşlıq edilir. Layihə faəliyyətlərindən biri region gənclərinin peşə bacarıqlarının artırılmasını nəzərdə tutur. Bu məqsədlə paralel olaraq Zaqatala, Lənkəran və Quba şəhərlərində ümumilikdə 100 gənc üçün intensiv ödənişsiz təlimlər təşkil edilir. Təlimlər 10 sentyar 2019-cu il tarixinə qədər davam edəcək. Təlimlərin icrası Beynəlxalq Təlim və Layihə Mərkəzi (BTLM) tərəfindən həyata keçirilir. Təlim mövzularına aşağıdakılar daxildir:

- Peşəkar mühasib və vergi mütəxəssisi hazırlama təlimi;
- ECDL (European Computer Driving Licence) təlimi;
- İngilis dili;
- CV yazma / İşə müraciət və müsahibə bacarıqları / Şəxsi bacarıqlar.

;