Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə universitetlərin Karyera Planlama Mərkəzləri arasında görüş keçirildi.

15.07.2017- ci il tarixində Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti Karyera Planlama Mərkəzlərinin rəhbər və səlahiyyətli şəxsləri arasında görüş keçirildi.

Görüş zamanı universitetlərlə əlaqələrin genişləndirilməsi, karyera mərkəzlərinin strukturunun inkişaf etdirilməsi, tələbələrin təcrübə proqramlarına qoşulmasına köməklik göstərilməsi, universitet daxilində seminar və təlimlərin təşkil olunması məsələləri müzakirə olundu.

Görüşdə iştirak etdikləri üçün hər bir universitet nümayəndəsinə öz minnətdarlığımızı bildiririk!

;