Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Kaspi Təhsil Şirkəti ilə əməkdaşlıq sazişi imzalandı!

19.04.2018- ci il tarixində Kaspi Təhsil Şirkəti ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən aşağıda göstərilmiş xidmətlər birlikdə həyata keçiriləcəkdir:

- Beynəlxalq imtahanların lokallaşdırılması
- Beynəlxalq imtahanlara hazırlıq proqramlarının hazırlanması
- Xaricdə təhsil xidmətləri
- Təhsil layihələrinin həyata keçirilməsi və.s

Eyni zamanda prestijli universitetlərlə əlaqələrin qurulması və onlarla yeni proqramların həyata keçirilməsi, kodlaşdırma (Coding) ilə bağlı məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlığı istiqamətləri müzakirə edildi.

Görüşdə Kaspi Təhsil Şirkətinin direktoru Elnur Əliyev, direktor müavini Aydın Əliyev, Xaricdə təhsil şöbəsinin meneceri Rahid Zərbiyev, Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov, Layihələrin İdarəolunması Departamentinin direktoru Zəfər Həsənov, İctimaiyyətlə Əlaqələr üzrə menecer Nüşabə Mehdiyeva iştirak etdilər.

;