Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

"Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq" mövzusunda elmi-praktik konfrans

28.02.2018-ci il tarixində Auditorlar Palatasında "Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiya, Ernst & Yanq Holdings (SiAyEs) Bi. Vi və Deloitte & Touche kimi müəssisələrlə yanaşı, Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC-də yer almışdır.

 

Konfransda çıxış edən Auditorlar Palatasının sədri Vahid Novruzov, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd etmişdir. Bununla yanaşı, Azərbaycan auditinin əldə etdiyi uğurlar, ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət etməsi auditin inkişafına güclü siyasi dəstəyin mövcudluğundan bəhs editmiş, palata 35-dən artıq ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, memorandumlar imzalayıb, bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olunduğu vurğulamışdır.

Qeyd etmək istərdik ki, Beynəlxalq Təlim və Layihə Mərkəzi MMC 1 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində birgə təlimlər təşkil etməkdədir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə iqtisadiyyatın inkişafında, büdcə-maliyyə nəzarətinin düzgün təşkilində, maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasında şəffaflığa xüsusi önəm verilir.

Konfransda Beynəlxalq Təlim və Layihə Mərkəzini, mərkəzin icraçı direktoru Tariyel Dövlətov təmsil etmişdir. Tariyel Dövlətov mərkəzin fəaliyyəti və Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflığın artırılması, xüsusilə də təhsil sahəsinin inkişafı haqqında fikirlərini bildirmişdir.

;