Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Memorandum imzalandı

30.10.2017- ci il tarixində Beynəlxalq Təlim və Layihə Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında Memorandum imzalandı.

Memorandum Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov tərəfindən imzalanmışdır.

Memoranduma əsasən Beynəlxalq Təlim və Layihə Mərkəzinin sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin mərkəzin fəaliyyətinə cəlb edilməsinə və mərkəz ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.

;