Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

SDU ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında anlaşma memorandumu imzalandı.

29.03.2018- ci il tarixində SDU ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında anlaşma memorandumu imzalandı.

   Sumqayıt Dövlət Universiteti ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında Azərbaycan Respublikasında biznes mühitinin inkişaf etdirilməsi, ölkənin elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi inkişafına dəstək göstərilməsi məqsədilə anlaşma memorandumu imzalandı. Sənədi SDU-nun rektoru professor Elxan Hüseynov və Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov imzaladılar. Memorandumda universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, SDU tələbələrinin mərkəzdə və ona üzv təşkilatlarda istehsalat təcrübəsi keçirilməsi, Mərkəz tərəfindən təşkil olunan təlim və seminarlarda SDU əməkdaşlarının iştirakının təmin edilməsi, Erasmus+ ; KA2 və KA1 proqramları çərçivəsində universitetin European Commission EACEA tərəfindən maliyyələşdirilən layihələrə tərəfdaş və koordinator kimi cəlb olunmağa dəstək verilməsi, Beynəlxalq sertifikatlaşdırma və akkreditasiya proqramlarının universitet nəzdində lokallaşdırılması, IELTS, TOEFL, SAT, GRE, GMAT, ACCA, PMP və bu kimi sertifikat proqramlarına hazırlaşması, Sahibkarlığın inkişafını nəzərə alaraq sahibkarlıq subyektlərinə ixtisasartırma proqramlarının təklif edilməsi, Mərkəz tərəfindən təşkil edilən seminarlarda SDU tələbələrinin iştirakının təşkili, Mərkəzin həyata keçirdiyi tədqiqatlarda SDU-nun elmi potensialından istifadə edilməsi nəzərdə tutulur.
   Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov, həmin Mərkəzin Beynəlxalq layihə departamentinin direktoru Zəfər Həsənov təşkilatın missiyasından, görülən işlərdən, həyata keçirilən layihələrdən və imzalanan bu əməkdaşlığın dövlətimizin və təhsilimizin inkişafına verəcəyi töhfədən bəhs etdilər.

;