Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində görüş keçirildi.

                          

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında əməkdaşlıq çərçivəsində görüş keçirildi. Görüş zamanı aşağıdakı mövzular müzakirə edildi:

1. Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə birlikdə Mini-MBA proqramlarının təşkili
2. Vergilər Nazirliyinin təşkil etdiyi imtahanlara hazırlıq
3. Universitetlərdə tələbələrin maarifləndirilməsi
4. Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə birlikdə müəssisə və təşkilatların əməkdaşları üçün tədris mərkəzində təlimlərin keçirilməsi və.s

Görüşdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov, İqtisadiyyat və menecment kafedrasının müdiri İmran Qarayev, Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov, Elmi-tədqiqat bölməsinin rəisi Seymur Məmmədov, Beynəlxalq Təlim və Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov, Layihələrin idarəedilməsi departamentinin direktoru Zəfər Həsənov, Təlim və koordinasiya şöbəsinin müdiri Şahin Abbasəliyev, "ENEMAY financial consulting and career center" şirkətinin direktoru İlkin Dövlətov iştirak etdilər.

Görüşün təşkili üçün başda Azərbaycan Respublikası Vergilər naziri cənab Mikayıl Cabbarova və tədris mərkəzinin rəhbərliyinə dərin təşəkkür edirik.

 

 
;