Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Alman dili

 

Həftədə: 2 dəfə

Həftəlik: 3 saat 

Qrup: 3-5 nəfər

Fərdi: 200 AZN /aylıq, Qrup: 100 AZN /aylıq

 

Ümumi məlumatlar

 Alman dili aşağıdakı formalarda tədris olunur:

  • Ümumi kurs
  • Qeyri-intensiv kurs
  • İntensiv kurs (A1-C2)
  • TestDaF imtahanına hazırlıq  kursu

Qrupda tələbə sayı

Qruplarımız  3-5 nəfərdən ibarət olur. Dərs zamanı hər bir kurs iştirakçısına fərdi yanaşılır və əlavə izahatlar verilir. Dərsdə ünsiyyətə, danışığın inkişafına mühüm yer verilir. Çalışılır ki, bütün tələbələr dərsdə danışsın və dərsdə fəal iştirak etsinlər.

Dil səviyyələri

Biz 6 səviyyədə Alman dilini tədris edirik.:"Avropanın Vahid Qiymət Sistemi" çərçivəsinə uyğun olaraq: A1(ən aşağı) səviyyəsindən ən yüksək C2 səviyyəsinə kimi

Testlər

Hər bir səviyyənin sonunda test imtahanı keçiririk. Ən azı 70%-i toplayan iştirakçılar növbəti mərhələyə keçirlər.

Ev tapşırıqları

Evə verilən tapşırıqlara hər dərs üçün hazırlıqlı olmağı kurs iştirakçılarımızdan tələb edirik.

Müəllimlər

Beynəlxalq Təlim və Layihə Mərkəzində fəaliyyət göstərən müəllimlər təcrübəli və xaricdə təhsil almış yerli müəllimlərdir.

Dərs metodikası

Dərslər kommunikativ metodlar əsasında keçirilir ki, bu da iştirakçının nitqinin fəal olmasına və onun daha çox ünsiyyətdə olmasına şərait yaradır.
Kommunikativ metod ənənəvi formadan tamamilə fərqlidir. Belə ki, əzbərlənmiş dialoqlar və darıxdırıcı mövzular üzrə qoyulmuş standart suallara cavablar bu metoda tamamilə yaddır. Şəxsi təcrübəmizdən də bilirik ki, bu formada öyrənilən hər bir material tez bir zamanda unudula bilər.
Müasir dərs vəsaitləri canlı, ünsiyyət xarakteri daşıyan, qrup proyektləri, oyunlar, müasir alman dilinin söz ehtiyatının və qrammatikasının öyrənilməsinə yönəlmişdir. Oxuma, dinləmə, yazma və danışıq bacarığı – hamısı birlikdə dərs ərzində inkişaf etdirilir. Tələbənin analiz etmə qabiliyyəti, məntiqi düşüncəsi də bir sıra aktual sualları araşdırdıqda və elmi müzakirələri aparan zaman inkişaf etmiş olur. Bizim alman dili dərslərimizdə siz nəinki alman dilini öyrənirsiniz, həmçinin müxtəlif elmi, siyasi mətnlərin sayəsində dünyagörüşünüzu də artırırsınız.

 

;