Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

C Proqramlaşdırma Dilləri

Müddət: 3 ay

Zaman: 12 saat /ay

Fərdi: 300AZN /ay, Qrup: 150 AZN /ay

 

 C Proqramlaşdırma dilləri  

                                                                                          

C proqramlaşdırma dili

Unix əməliyyatlar sistemi üçün AT&T Bell Labs. lobarotoriyasında Dennis Ritçi (Dennis Ritchie) tərəfindən yaradılmışdır. Sintaksisinin rahatlığına görə C dili qısa zamanda məşhurlaşmış və proqramçıların ən sevimli dillərindən birinə çevrilmişdir. C dili hal-hazırda ən çox sistem proqramlaşdırması üçün istifadə edilir. Linux əməliyyat sisteminin nüvəsi (kernel) C dilində yazılmışdır.                                                                                                                                    

C++ dili

 C dilindən sonra Bern Straustrup (Bjarne Stroustrup) tərəfindən yaradılmışdır. C-dən ən başlıca fərqi ondadır ki, C++ obyekt-yönümlü (Object Oriented) proqramlaşdırma dilidir. Bu da müasir proqramlaşdırmada ən vacib anlayışlardandır. Praktiki olaraq C++ dilində həm sistem üçün, həm də digər məqsədlər üçün proqramlar yazmaq mümkündür. Bizə çox tanış olan Mozilla FireFox, MS Word, MS Excel, Notepad, Paint və s. proqramların hamısı C++-da yazılmışdır. Lakin C++-da verilənlər bazaları (database) ilə işləyən proqramları yazmaq o qədər də rahat deyil. Məsələ burasındadır ki, verilənlər bazaları ilə işləyən proqramların təyinatı bazada olan verilənlərlə işləməkdir. Bir çox hallarda bu cür proqramlarda sürət faktoru bir o qədər rol oynamır. Çünki sürət daha çox verilənlər bazası idarə etmə sistemlərindən (DBMS – Database Management System) asılı olur. Utilitlərin yazılmasında ən çox istifadə olunan dil C++ dilidir.                                                                                                                                                                                                                                                    

C# ("Si şarp" kimi oxunur) proqramlaşdırma dillərinin bu günə qədər olan inkişaf zəncirində bir sonrakı halqanı təmsil edir. C# modern proqramlama sənətini daha irəliyə daşımaqla birlikdə keçmiş üzərində inşa edilmiş bir dildir. Buna baxmayaraq C# keçmişin bütün izlərini öz üzərində daşımalıdır deyə bir qanun yoxdur. Belə ki, C# sələfləri ilə (C, C++, JAVA) müqayisədə keçmişə görə daha təcrübəli olduğu üçün bəzi çatışmamazlıqlara qəti sədd qoyduğu kimi bəzi yerlərdə də daha geniş imkanlar yaratmışdır. Buna misal olaraq C# -ın C++ və JAVA dillərinə olduqca bənzər olduğunu deyə bilərik. Ancaq bu bənzərliklərlə birlikdə müəyyən fərqlər də var.                                                                                                                                                                                                        

Məsələn: C# C++dan fərqli olaraq 100% obyektə istinad edən (obteyk yönümlü dil) bir texnikaya sahibdir. JAVA'dan fərqli olataq isə C#-da "göstərici" (pointer) istifadə oluna bilər ki, bu da köhnə proqramlaşdırma elementləri ilə uyğunluq göstərib rahat işləyə bilər deməkdir.                                                                                                                                                                                                                                    

;