Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Ərəb dili

 

Həftədə: 3 dəfə

Həftəlik: 3 saat 

Qrup : 3-5 nəfər

Fərdi: 180 AZN / aylıq, Qrup: 80 AZN / aylıq

*Dərslərimiz Misirdə təhsil almış və böyük təcrübəyə sahib olan müəllimlər tərəfindən keçirilir.
*Dərs saatları sizə münasib olan vaxtlara təyin olunur.
*Ödənişsiz dərs vəsaitləri verilir.

Ərəb dili filektiv dillərə mənsubdur. Hər bir ilk qramatik forma əksər halda üç, bəzən də dörd samitdən ibarət olan kökə istinad edir. Kökdən daxili fileksiya yolu ilə müxtəlif formalı sözlər əmələ gətirilir. (İsim, sifət, say kimi ad qruplu sözlərin yalnız adlıq, yiyəlik və təsirlik halları, əsasən üçhallı və ikihalı olmaq üzrə iki növ hallanması, iki qramatik cinsi (müzəkkər və müənnəs) və üç qramatik sayı (tək, təsniyə və cəm) vardır.

Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir. Burada sinonim sözlər çox geniş təmsil olunduğundan eyni məfhum çox vaxt ən azı bir neçə söz, bəzən isə onlarla, hətta yüzlərlə sözlə ifadə edilə bilir.

Ərəb dilində 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır. Qısa saitlər və habelə həmzə samiti əlifbada təmsil edilməmişdir. Əlifbada müxtəlif vəzifələr daşıyan hərflər də vardır.

Bununla belə, ərəb dilində bəzən bir-birindən ciddi şəkildə fərqlənən mənaları olan polisemantik (çoxmənalı) sözlərdə az deyildir. Hətta tərkibində zidd mənalar olan sözlərdə çox təsadüf edilir. Sözlərin böyük əksəriyyəti əsl ərəb mənşəli olduğu halda alınma sözlər cüzi bir miqdar təşkil edir.

Qısa saitləri göstərən hərflər olmadığına görə yazıda sözlərin yalnız samitlərdən və uzun saitlərdən ibarət "skeleti" əks etdirilir. Yazını düzgün oxumaq üçün müvafiq qrammatik və leksik qaydaları qabaqcadan, həm də praktik şəkildə bilmək lazımdır.

Ərəb hərfləri əsasən sağdan sola yazılır və oxunur. Bu istiqamətə uyğun olaraq kitab, məcmuə və qazetdə sağdan sola tərtib olunur və səhifələnir. Bununla belə, ərəb hərfləri üfqi, şaquli, maili, dairəvi və s. handəsi şəkillərdə də olduğu üçün bəzən sağdan sola deyil, yuxarıdan aşağıya və ya soldan sağa da yazılır.

Latın və rus hərflərindən fərqli olaraq ərəb hərfləri təkcə əlyazmasında deyil, çapda da bir-birilə bitişdirici xətlər vasitəsilə birləşdirilir. Belə birləşmə nəticəsində hərflərin ilkin yazılışı (qrafikası) çox vaxt ciddi dəyişikliklərə uğradığı üçün hər hərf həqiqətdə müxtəlif şəkillərdə təzahür edir ki, bunlar əlifba cədvəlində, birləşməyən, soldan birləşən, sağdan və soldan birləşən və sağdan birləşən adları altında qruplaşdırılır.

Ərəb hərflərinin altısının (ﻭ,ﺰ,ﺮ,ﺪ,ﺫ,ﺍ) iki, qalanlarının isə dörd şəkli vardır. İkişəkilli hərflər soldan birləşmədikləri üçün II və III şəkilləri yoxdur.

Ərəb əlifbasında baş hərflər yoxdur. Ümumi adlardan fərqləndirmək üçün xüsusi isimləri bəzən dırnaq və ya mötərizə içərisində yazırlar.

;