Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

GRE

 

Müddət: 3 ay

Həftədə: 2 dəfə

Həftəlik: 3 saat

GRE Math: 150AZN / aylıq ( Qrup şəklində)

GRE English: 200 AZN / aylıq (Qrup şəklində)

 

GRE (Graduate Record Examinations) – ABŞ universitetlərində və digər beynəlxalq universitetlərdə (həmçinin Kanadada və Avstraliyada) magistratura və doktoranturaya qəbul olmaq üçün verilməsi zəruri olan testdir. Əsasən dəqiq fənlər üzrə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. 

GRE Amerika Birləşmiş Ştatlarının məhsuludur. ETS tərəfindən təşkil olunur.

İmtahan ödənişi 195 $ təşkil edir. 

İmtahan qeydiyyatı imtahan günü çıxılmaqla 3 gün əvvəl bağlanır və  imtahana qeydiyyatın gecikməsi baş verərsə 30 $ cərimə ödənilir.

GRE General Test imtahanını magistr və doktorantura oxumaq istəyən hər kəs verməlidir. GRE Subject Test isə bəzi universitetlər tərəfindən tələb olunur. Dərslər fərdi və kiçik qruplar şəklində tədris olunur.

GRE İmtahanına bir çox yerdə iki formadan ibarət olmasını qeyd etsələrdə əslində 3 formadan ibarətdir.                                                                                                 

1) General Test                                                                                                                                                                                 

2) Subject Test                                                                                                                                                                                  

3) Writing Assessment                                                                                                                                                                                                                  

1) GRE General Test –  Ümumi imtahan olaraq bilinir və bir çox universitetlər məhz bu bölməni tələb edir. General test 2 saat 15 dəqiqə kompyuter vasitəsilə olur və imtahanda həm sualları cavablandırmaq həmdə kompyuterlə imtahanı necə verməyi öyrənməniz üçün ümumi 4 saat imtahan otağında olmalısınız. GRE General test imtahanına 5 dəfə girmək şansınız vardır və imtahanlar orta hesabla hər iki aydan bir olur. GRE General test 3 hissədən (rəqəmsal, sözlü və analitika) ibarətdir. Sözlü hissədə 30 suala 30 dəqiqə vaxt verilir burada sözləri və birləşmələri oxumaq, anlamaq və istifadə etmək kimi bacarıqlarınız yoxlanılır. Rəqəmsal bölmədə isə riyaziyyat, həndəsə, verilənlərin analizi və riyazi məntiqdən ibarət 28 suala 45 dəqiqə vaxt verilir və nəhayət analitika bölməsində məntiqi suallardan ibarət 35 suala 60 dəqiqə vaxt verilir.                                                                                                          

2) GRE Subject Test – Bu test üsulunda isə müəyyən bir ixtisas üzrə hazırlaşanlar üçündür. GRE General testdən fərqli olaraq imtahan online yox yazılı həyata keçirilir. İmtahan verməzdən 3 həftə öncə qeydiyyatdan keçməli və hansı fənndən imtahan verəcəyinizi müəyyən etməlisiniz.                                        

3) GRE Writing Assessment – Bu imtahanda isə yazı yaza bilmə qabiliyyəti yoxlanılır və imtahan online olaraq həyata keçirilir.                  

 

   GRE MATH:

* İmtahan təqribən 66 ədəd adətən bakalavr səviyyəsində tədris olunan dərslərdən seçilmiş testdən ibarət olur.

* Sualların təqribən 50 faizi Riyazi analiz və onun tətbiqlərindən ibarət olur.

* Təxminən 25 faiz sual isə elementar cəbr, xətti cəbr, abstrakt cəbr və ədədlər nəzəriyyəsinə aid olur. Qalan suallar universitet səviyyəsində öyrədilən riyaziyyat sahələrinə aid olur.

Riyazi Analiz — 50%

Bir və çoxdəyişənli funksiyaların diferensial və inteqral hesabı. Bura daxildir: riyazi analizin tətbiqləri və koordinat həndəsəsi, triqonometriya, diferensial tənliklər və riyaziyyatın başqa sahələri ilə əlaqələri.

Cəbr — 25%

* Elementar cəbr: orta məktəbdə öyrədilən və bütün riyaziyyatda istifadə olunan əsas cəbri texnika və manipulyasiyalar

* Xətti cəbr: matrislər cəbri, xətti tənliklər sistemi, xətti fəzalar, xətti çevirmələr, xarakteristik çoxhədlilər, məxsusi ədədlər və məxsusi vektorlar.

* Abstrakt cəbr və ədədlər nəzəriyyəsi: qruplar nəzəriyyəsi, halqalar və modullar nəzəriyyəsi, meydan nəzəriyyəsi və ədədlər nəzəriyyəsindən elementar mövzular

Əlavə mövzular — 25%

* Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsinə giriş: ədədlər və funksiyaların ardıcıllıqları və sıraları, kəsilməzlik, törəmənin və inteqralın varlığı, R və Rn elementar topologiyası

* Diskret riyaziyyat: məntiq, çoxluqlar nəzəriyyəsi, kombinatorika, qraflar nəzəriyyəsi və alqoritmlər

* Başqa mövzular: ümumi topologiya, həndəsə, kompleks dəyişənlər, ehtimallar nəzəriyyəsi və statistika, hesablama riyaziyyatı.

 

      

;