Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Haqqımızda

 

 Beynəlxalq Təlim və Layihə Mərkəzi dünyanın aparıcı universitetlərindən sayılan Oxford, Harvard və Cambridge Universitetlərinin davamlı təhsil mərkəzlərinin (Continuing Education Center) təcrübələrindən yararlanaraq, təsis edilmişdir. Mərkəzdə ən son tələblərə cavab verən təhlükəsizlik sistemləri, yanğına qarşı dedektorlar, təhlükəsizlik kameraları, mühafizə sistemi və iştirakçıların rahatlığı üçün açıq bufet, yeməkxana və kompyuter laboratoriyaları mövcuddur. Düşüncəmiz ölkəmiz adına faydalı işləri görərək, dövlətimiz və millətimizin adını daima yüksəklərə ucaltmaqdır.

 

 Mərkəzin qurulması məqsədi aşağıdakılardır: 

 

  1. Müəssisə və təşkilatlar üçün təlimlər və məsləhət xidmətləri
  2. Müəssisələrdə Marketinq, Maliyyə, İnsan Resursları sistemlərinin qurulması və.s
  3. İstehsal ilə məşğul olan müəssisələrin istehsal məsələlərində yaranmış problemlərin aradan qaldırılması
  4. Yerli və xarici şirkətlərlə birgə layihələrin həyata keçirilməsi
  5. Xarici ölkələrdəki universitetlərin rəsmi nümayəndəliklərini ölkəmizə gətirmək
  6. Beynəlxalq imtahanlara hazırlıq (TOEFL, IELTS, GRE, GMAT, SAT, ECDL və.s)
  7. Beynəlxalq imtahanların rəsmi imtahan mərkəzinə çevrilmək (Hal hazırda mərkəzimiz ECDL və IELTS rəsmi imtahanlarını keçirməyə haqq qazanmışdır)
  8. Kompyuter sahəsində ən son proqramların keçirilməsi
  9. Silsilə şəklində hər ay peşəkar seminarlar həyata keçirmək

  

Azərbaycan Respublikası Auditorlar Palatası ilə mərkəz arasında rəsmi müqavilə imzalanmışdır.     

 

            Mərkəz British Petrolium, British Council, Unibank, Asiya İnkişaf Bankı, AccessBank, Azərbaycan Texnologiya Universiteti və.s müəssisələr ilə əməkdaşlıq etməkdədir. Hal-hazırda Beynəlxalq Təlim və Layihə Mərkəzi IELTS imtahanlarının qeydiyyat mərkəzi olaraq, British Council ilə əməkdaşlıq edən yeganə təşkilatdır.

 

Valencia Kolleci, Brussels Capital və Burch Universitetlərinin ölkəmiz üzrə nümayəndəlikləri Beynəlxalq Təlim və Layihə Mərkəzinə verilmişdir.

 

     Mərkəzimizdə iştirakçıların rəsmi qeydiyyatlarının aparılması və iştirakçılara (kiçik yaşda olan iştirakçıların valideynlərinə) mütəmadi olaraq, məlumatların göndərilməsi (imtahan nəticələri, davamiyyət vəziyyəti və.s) üçün CRM (tələbə məlumat sistemi) sistemimiz mövcuddur.

 

    Sizlər də layihələrinizin uğurla başa çatmasından, müəssisələrinizin təlimlərinin və konsultasiya xidmətlərinin səmərəliliyindən, övladlarınızın təhsilindən tam əmin olmaq istəyirsinizsə, Beynəlxalq Təlim və Layihə Mərkəzinin peşəkar komandasına etibar edə bilərsiniz.

 

 

 

 

 

           

;