Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Pascal, ADO.NET

Müddət: 4 ay

Zaman: 12 saat/ ay

Qiymət: 160 AZN/ ay ( qrup şəklində)

Pascal dili (Paskal) – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir.

Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir

Dilin xüsusiyyətləri

Pascal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir. Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür.

1. Pascal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir.
2. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
3. Paskalda istənilən proqramı yazmaq olar.
4. Paskal dili OOP dillər sırasına daxildir.

 

 

ADO.NET Application

  

Dərs 1.  SQL-Server (Sorğular haqqında).
Cari dərsdə verilənlər bazasının quruluşu barədə məlumat veriləcəkdir. Bazaların yaradılma səbəbləri göstərilir. İnformasiyanın cədvəl formasındakı görünüşü. İlk verilənlər bazasının yaradılması prosesi. SELECT seçim komandasının sintaksis yazılışı. WHERE şərt konstruksiyasının quruluşu.



 

Dərs 2.  SQL Serverin komandaları.
Dərs müddətində verilənlər bazası ilə işləmək üçün nəzərdə tutulan bir neçə vacib komandanın xassələri haqqında məlumat verilir. INSERT, UPDATE, DELETE, LIKE, ORDER BY, DESC  OR , AND, NOT komandlarının tətbiqi göstərilir.  

 

Dərs 3.  Bir neçə cədvələ malik baza quruluşu. Cədvəllər arasında əlaqə.
Yeni cədvələrin əlavə olunması. Cədvəllərdə PRIMARY KEY və  FOREIGN KEY identifikasiya və əlaqə açarlarının verilməsi. Bir neçə cədvəllərə eyni zamanda əlaqə sorğularının göndərilməsi.  LEFT JOIN, INNER JOIN, RIGHT JOIN kimi əlaqə operatorlarından isitfadə.  Bu operatorları bir birindən fərqləndirən cəhətlər.

 

Dərs 4.  ADO.NET haqqında anlayış.  
Cari dərsin mahiyyəti verilənlər bazasında məlumat saxlamaq və emal etmək üçün nəzərdə tutulan əsas ADO.NET obyektləri haqqında məlumat əldə etməkdir. DataRow, DataColumn, DataTable obyektləri ilə işləmək üçün nəzərdə tutulan məlumat emal edicilərin tətbiqi. Dataset və DataTable yaradılmasında və funksionallığının təmin olunmasında istifadə olunan əlaqə protokollarının işlənilməsi.

 

 Dərs 5.  Əlaqələr. İdarəetmə provayderləri. WinForms tipli  proyektlərdə məlumatların göstərilməsi.
Dərs müddətində proqam vasitələrinin köməkliyi ilə baza əlaqəsi yaradılır. Əsas cədvəllərdəki məlumatların görüntülənməsi və emal olunması üçün ADO.NET obyektləri tətbiq olunur.  SQLAdapter, SQLParameters anlayışlarının izahı və tətbiqi. ListBox və ComboBox siyahı tipli idarəetmə obyektlərinin köməkliyi ilə məlumat mənbələrinə qoşulmanı təmin edirik.  DataSource, DisplayMember, ValueMember obyektlərinin xassələrinə baxılır.


 

Dərs 6.  WinForms tipli  proyektlərdə məlumatların göstərilməsi üçün DataGridView elementindən istifadə. 
SQL-Command obyektindən isitfadə. DataGridView idarəetmə elementinin məlumat mənbəyinini DataSource vasitəsi ilə əlaqələndirilməsi. CurrentRow  xassəsinin imkanlarından istifadə.   Bazaya qoşulma prosesinin optimizasiyasını həyata keçirdirik.

 

Dərs 7. Məlumat axtarış sistemin yaradılması.
Axtarış olunacaq məlumatların müəyyənləşdirilməsi.  Axtarış kriteriyalarına müvafiq olaraq TextBox obyektlərinin yaradılması. DataGridView elementləri arasında axtarışın həyata keçirilməsi. DataGridViewRow.Cells[] xassəsinin və dövr operatorlarının düzgün tətbiqi ilə məlumat axtarış sisteminin qurulması. SQL sorğuların optimizasiyası vasitəsi ilə axtarış sürətinin artırılması.

 

Dərs 8. Keçilmiş dərslərin təkrar olunması.
Bütün keçilmiş materialın əsasında, ADO.NET-in imkanlarından istifadə etməklə Telefon Kitabçası proqramını (Phonebook)  hazırlamaq. 
Bütün keçilmiş materialın əsasında, ADO.NET-in imkanlarından istifadə etməklə Hotel İdarəetməsi proqramını (Hotel management)  hazırlamaq.

 

WEB Application ( ASP.NET 4.0 )

Dərs 1. ASP.NET əsasları.
Dərs müddətində Web-proyektlərinin yaradılmasının əsasları haqqında anlayış verilir. Web-Service, Web-Bowser və HTTP protokollar haqqında, həmçinin  ASP.NET-in quruluşu və server-client texnalogiyasının əsasları haqqında məlumat verilir. İlk sadə web proyekt yaradılır. 

 

Dərs 2. Əsas server tipli idarəetmə elementləri.
Dərs müddətində əsas server tipli idarəetmə elementlərinin yaradılması, xassələri və hadisələri haqqında məlumat verilir. Bundan əlavə səhifələrin və idaəretmə elemtlərinin görünüş üslubunun dəyişdirilməsi göstərilir. Button, TextBox, Label, CheckBox, Image, Panel, Literal, Calendar idarəetmə elementləri əlavə olunur və xassələri öyrənilir.

 

Dərs 3. ASP.NET cədvəllərin istifadə olunması .Validator yoxlayıcılarının  tətbiqi.
Dərs müddətində cədvəl tipli idaəretmə elementlərinin xassələri analiz olunur.  ASP.NET Table, HTML Table, ImageButton, Hyperlink, LinkButton, BulletList və Validator kimi idarəetmə elementlərinin əlavə olunması və hadisələrinin təyin olunması prosesi həyata keçirilir.

 

Dərs 4. Siyahı tipli idarəetmə elementləri.
Əksər web proyektlərdə siyahı tipli məlumatlardan istifadə etmək vacib olur. Dərs müddətində məhz bu tipli elementlərin xassələri və hadisələri haqqında məlumat verilir.   BulletedList,  RadioButtonList, CheckBoxList ,ListBox ,DropDownList kimi siyahı tipli idarəetmə elementlərin tətbiqi göstərilir.

 

Dərs 5. AJAX texnalogiyasının əsasları.  Naviqasiya.  MasterPage səhifələrinin yaraılması.
Dərs müddətində AJAX (Asynchronous JavaScript And XML) texnologiyasının əsasları və bu texnologiyasının istifadə etdiyi əsas kontrollar haqqında geniş məlumat verilir.  UpdatePanel, Timer, Menu, TreeControl idarəetmə elemetnlərinin xassələri öyrənilir. Master Page tipli şablon səhifələrin yaradılması. Bot hücumlarınına qarşı Captcha qoruma sistemlərinin tətbiq olunması.

 

Dərs 6. Proyekt göstrəricilərinin yadda saxlanılması.  XML faylları ilə iş.
Proyektin cari vəziyyətini yadda saxlamaq üçün nəzərdə tutulan  ViewState, Session, Cookie, Application funksiyalari haqqında məlumat. XML tipli sənədlərin yaradılması və redaktə olunması. System. XML kitabxanasının imkanlarında istifadə.

 

Dərs 7. Kriptpqrafik alqortimlərin tətbiqi. Fayllar ilə iş. MultiView. 
İnformasiya təhlükəsizliyində kriptoqrafik alqoritimlərin işlənməsi. Simmetrik kriptoqrafik alqoritmlərin əsasları. DES, TripleDES simmmetrik kriptoqrafik alqoritmlərinin tətbiqi. Assimmetrik kriptoqrafik alqoritmlərin istifadəsi. MD5, SHA assimmetrik kriptoqrafik alqoritimlərindən istifadənin vacibliyi.  Fayllar ilə iş zamanı StreamWriter və StreamReader potoklarından istifadə. MultiView idarəetmə elementinin tətbiqi və xassələri haqqında.

 

Dərs 8.  ASP.NET köməkliyi ilə .NET-ə Flash texnologiyasının inteqrasiyası .
Wondershare Flash Gallery proqramının köməkliyi ilə ASP.NET proyektlərində ilk şəkil albomunun düzəldilməsi.  Wizard Control idarəetmə elementinin üstünlükləri.  Web.config faylının köməkliyi ilə  ASP.NET proyektinin müxtəlif konfigurasiyasının verilməsi.

 

Dərs 9. Əlaqələr. İdarəetmə provayderləri. ASP.NET proyektlərdə məlumatların göstərilməsi. 
Dərs müddətində proqam vasitələrinin köməkliyi ilə baza əlaqəsi yaradılır. Əsas cədvəllərdəki məlumatların görüntülənməsi və emal olunması üçün ADO.NET obyektləri tətbiq olunur.  SQLAdapter, SQLParameters anlayışlarının izahı və tətbiqi. ListBox və ComboBox siyahı tipli idarəetmə obyektlərinin köməkliyi ilə məlumat mənbələrinə qoşulmanı təmin edilməsi.  DataSource, DisplayMember, ValueMember obyektlərinin xassələrinə baxılır.

 

Dərs 10. ASP.NET proyektlərdə məlumatların göstərilməsi üçün GridView elementindən istifadə. 
SQL-Command obyektindən isitfadə. GridView idarəetmə elementinin məlumat mənbəyinini DataSource vasitəsi ilə əlaqələndirilməsi. CurrentRow  xassəsinin imkanlarından istifadə. Bazaya qoşulma prosesinin optimizasiyasını həyata keçirdirik.

 

Dərs 11. Məlumat axtarış sistemin yaradılması.
Axtarış olunacaq məlumatların müəyyənləşdirilməsi. Axtarış kriterlərinə müvafiq olaraq TextBox obyektlərinin yaradılması. GridView elementləri arasında axtarışın həyata keçirilməsi. GridViewRow.Cells[] xassəsinin və dövr operatorlarının düzgün tətbiqi ilə məlumat axtarış sisteminin qurulması. SQL sorğuların optimizasiyası vasitəsi ilə axtarış sürətinin artırılması.

 

Dərs 12. GridView elementinin tərkibində şəkillərin göstərilməsi. 
GridView daxilində Image sütununun yaradılması. System. Drawing kitabxanasından isitfadə. Şəkillərin redaktə olunması və yadda saxlanılması. Şəkil formatının və tip quruluşun dəyişdirilməsi.

 

Dərs 13 . HTML HtmlControls köməkliyi ilə dinamik cədcəllərin yaradılması.
System.Web.UI.HtmlControls kitabxanasının tətbiq olunması. HTML HtmlControls köməkliyi ilə verilənlər bazasındakı məlumatların xüsusi dinamik cədvəllərdə görüntülənməsi proqramını yaratmaq.

 

Dərs 14. Keçilmiş dərslərin təkrar olunması.
Bütün keçilmiş materiallar əsasında, ADO.NET-in imkanlarından istifadə etməklə avtomobil satışı (СarSales)  web lahiyəsini hazırlamaq.

;