Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

SAT

Müddət: 6-8 ay

Həftədə: 2 dəfə / Hər modul 

Həftəlik: 3 saat / Hər modul 

Fərdi:  SAT Eng.-      300 AZN / Aylıq

           SAT Math-      300 AZN / Aylıq

         

Qrup:  SAT Eng.-       150 AZN / Aylıq

           SAT Math-      150 AZN / Aylıq

           


ABŞ , Kanada və Avropanın ali təhsil ocaqları və bir çox universitetlərində təhsil almaq istəyənlər üçün!

Sizləri SAT (Scholastic Aptitude Test) kurslarımıza dəvət edirik.
 SAT *Math, SAT *English

*Dərslərimiz peşəkar müəllimlər tərəfindən keçirilir.
*Hər bir tələbə mərkəz tərəfindən ödənişsiz dərs vəsaitləri ilə təmin edilir.
*Dərs saatları və günləri müəllimlər ilə tələbələrin qarşılıqlı müzakirəsi əsasında təyin olunur.
*Hər ay ÖDƏNİŞSİZ sınaq imtahanları keçirilir.
*Tələbələrimiz ödənişsiz çay və kofe xidmətləri ilə təmin edilir.
*Dərs otaqlarımız yüksək standartlara cavab verir.

SAT (Scholastic Aptitude Test). ABŞ və Kanadanın ali təhsil ocaqlarında, eləcə də Avropanın bir çox universitetlərində təhsil almaq qərarına gələn abituriyent və tələbələrin bu imtahanı verməsi zəruridir.

SAT (Scholastic Aptitude Test) Amerikada bakalavr təhsili almaq istəyən şəxslər üçün hazırlanmış bir test sistemidir. Daha sonra isə Avropa ölkələri, Şərqi Asiya və Türkiyənin prestijli dövlət universitetləri də SAT (Scholastic Aptitude Test) imtahan nəticəsi ilə tələbə qəbulunu həyata keçirməyə başlamışdır.

İmtahanın rəsmi ödənişi 89$ təşkil edir.

SAT imtahanı iki qrupa ayrılır:

  1.  SAT  I –  Reasoning Test
  2.  SAT II – Subject Test                   

 

SAT  I –  Reasoning Test

Bu imtahan 3 hissədən ibarətdir və hər bir hissə 200- 800 arası ballarla qiymətləndirilir.

"Math" - Riyaziyyat ( Cəbr və Həndəsə ) tapşırıqlarının yerinə yetirilməsi

"Critical Reading"- İngiliscə verilən mətnləri oxuyaraq test tapşırıqlarının həll edilməsi

"Writing" - Verilən başlıqlara uyğun inşa yazılması

 

İmtahan  müddəti 3 saat 45 dəqiqədir.

Sertifikatın etibarlılıq müddəti 5 il, Türkiyədə təhsil almaq istəyənlər üçün  isə 2 ildir.

SAT imtahanına hazırlaşmaq istəyən tələbələrin ingilis dili səviyyəsi intermediate olmalıdır.

 

SAT II – Subject Test 

Bu imtahan əsasən seçmə sullardan tərtib olunur, tələbənin seçdiyi fənn üzrə akademik biliyinin yoxlanması üçün nəzərdə tutulmuşdur.

İmtahan müddəti 1 saatdır.

Suallar 200-800 bal arasında qiymətləndirilir.

 

 SAT II – Subject Testdə aşağıdakı fənlər üzrə imtahan verməyiniz mümkündür:

 

İngilis dili

Tarix

Biologiya

Kimya

Fizika

Fransız dili

Alman dili

İspan dili

İtalyan dili

Latın dili

Yapon dili

Çin dili

 

SAT II imtahanı zamanı fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almağınız lazımdır.

 

 Son zamanlar Azərbaycanlılar üçün önəmli olan Türkiyə universitetləri də YÖS imtahanını ləğv edərək SAT imtahanı tələb edirlər. Belə ki, yaxşı Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və bununla bərabər TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilis dilli proqramlara aid olur. Bununla yanaşı, proqram Türk dilində olarsa, o zaman TÖMER və ya ALES imtahanı verməlisiniz. Əks halda bakalavr dərəcəsinə başlamazdan əvvəl bir il türk və ya ingilis dilini oxumaq lazımdır.

Dərslər fərdi və kiçik qruplar şəklində tədris olunur. 

İstənilən zaman ÖDƏNİŞSİZ test dərslərimizdə iştirak edərək, dərslərimizin keyfiyyətinə əmin ola bilərsiniz!! 

;