Online Qeydiyyat

055 448 28 62050 721 15 81012 564 13 64

Türk dili

Həftədə: 2dəfə

Həftəlik: 3 saat 

Qrup: 3-5 nəfər

Fərdi: 150 AZN / aylıq, Qrup: 70 AZN / aylıq

Türk dili və ya Türkcə — Türkiyənin və Şimali Kipr Türk Respublikasının rəsmi dilidir. Elmdə Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir. Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi adı işlədilir. Azərbaycan dilinə çox yaxındır. Təqribən 438 söz və şəkilçilərdə fərq vardır.

Bir dilin nə qədər köklü və güclü olduğu, o dilin keçmişiylə ölçülür. Şübhəsiz Türkcə, bilinən ilk yazılı qaynağı (Orxon Abidələri) ələ alındığında, min ildən çox keçmişiylə köklü və güclü bir dildir.

Söz və cümlə durumu hər dildə özünə aid bir qanuna bağlıdır. Bu qanunların toplumuna dil qrammatikası deyilir. Qanunlardan əlavə dillərin ayrıca özəl qanunlarıda var ki düzənli qaydalara bağlı deyillər. Belə qanunsuz qaydalara ərəb dilində səmai (eşitməli) deyirlər. Bu deyişin səbəbi də onların bəlli bir qanuna bağlı olmadığıdır, buna görədə onları gərək eşidib və yadda saxlayasan.

Səmainin tərsi qiyasi (müqayisə etməli) olur ki qaydalı qanunlara bağlıdır və dilin əsas gücü bu qaydaya dayanır.

Səmai sözlər bir dildə az olduqca dilin qaydalı olmağı və gücüdə artar.

Açıq və ümumi dil qaydaları az, bütov, və yayğın olsa dilin gücü və davamıda artar. Məsələn : Düzdür ki,ərəb dili (sərf və nəhv) baxımından çox güclüdür amma onun qayda və qanunları o qədər budaqlı və çoxdur ki,onu bütün bir səviyyədə öyrənmək çətindir.

Türk dilləri qayda baxımından zəngin və asan öyrənişlidirlər. Bu qayda və qanunlar diqqət, genişlik və asanlıq baxımından riyaziyyat qaydalarına bənzəyirlər. Türk dilinin sərf qaydaları barmaq sayılı qaydaya bölünür və bu mövzu türk dilinin asan öyrənişli və dil gücünün əlamətidir.

;